DÜNYA


Pakistanda terror aktı qurbanlarının sayı 50-ni ötüb

A+ A

Bakı, 13 noyabr, AZƏRTAC

Pakistanın Bəlucistan əyalətindəki sufi məbədinə terror hücumu nəticəsində həlak olanların sayı artmaqda davam edir. Son məlumata görə, qurbanların sayı 52 nəfərə çatıb və 100-dək yaralı var.

AZƏRTAC xəbər verir ki, Pakistanın “Express Tribune” qəzetinin elektron versiyası terror aktının yeni təfərrüatlarını açıqlayıb. Qəzetin yazdığına görə, məbəddə partlayışı 14 yaşlı terrorçu-kamikadze törədib. Hadisə müsəlman-sufi zəvvarların dini mərasimi zamanı baş verib. Ölənlər arasında qadın və uşaqların da olduğu bildirilir.

Məbəd çətin keçilən ərazidə yerləşdiyindən və yaxınlıqda xəstəxana olmadığından yaralılar hadisə yerindən 250 kilometr uzaqda yerləşən Kəraçi şəhərinə daşınır. Ölənlərin sayının artacağı istisna olunmur.

Yerli hakimiyyət orqanlarının məlumatına əsasən, terror aktının məsuliyyətini İŞİD qruplaşması üzərinə götürüb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.