DÜNYA


Pakistanda yanacaq daşıyan maşının aşması nəticəsində həlak olanların sayı 148-ə çatıb

İslamabad, 25 iyun, АZƏRTAC

Pakistanın şərqində yanacaq daşıyan maşının aşması nəticəsində həlak olanların sayı 148-ə çatıb.

Yerli mətbuatın verdiyi məlumata görə, Pəncab əyalətində baş verən qəzada 50-dək adamın yaralandığı bildirilir.

Yerli əhali aşan avtomaşındakı yanacağı toplamağa başlayıb. Sonra gözlənilmədən partlayış baş verib. Nəticədə onlarla maşın və 75 motosiklet yanıb. Yanğını bir neçə saatdan sonra söndürmək mümkün olub.

Yanğında həlak olanların şəxsiyyətləri DNK analizinin nəticəsindən sonra müəyyənləşdiriləcək.

Qulu Kəngərli

AZƏRTAC-ın xüsusi müxbiri

İslamabad

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.