DÜNYA


Pakistandakı partlayışa görə məsuliyyəti “Taliban” qruplaşması öz üzərinə götürüb

A+ A

İslamabad, 28 mart, AZƏRTAC

Pakistanın Lahor şəhərində kamikadzenin törətdiyi partlayış nəticəsində həlak olanların sayı 69 nəfərə çatıb, onlardan azı 23 nəfəri uşaqdır. Qanlı hadisədə 300-dən artıq adam yaralanıb, onlarla uşağın və qadının vəziyyətinin ağır olduğu bildirilir.

Son məlumata görə, bomba şəhərdəki xristianlar parkda Pasxa bayramını qeyd edərkən partlayıb. Polis hadisə yerində terrorçunun başını aşkar edib.

Qulşan-e-İkbal uşaq parkında törədilən partlayışa görə məsuliyyəti “Taliban” qruplaşması öz üzərinə götürüb.

Qeyd edək ki, Pəncab əyalətinin mərkəzi olan Lahor İslamabaddan sonra ölkənin ikinci böyük şəhəridir.

Qulu Kəngərli

AZƏRTAC-ın xüsusi müxbiri

İslamabad

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.