DÜNYA


Pakistanın Bəlucistan əyalətində üçgünlük matəm elan edilib

A+ A

İslamabad, 25 oktyabr, AZƏRTAC 

Pakistanın Bəlucistan əyalətinin Kvetta şəhərindəki polis kollecində törədilmiş terror aktı nəticəsində çoxsaylı insan tələfatı ilə əlaqədar əyalətdə üçgünlük matəm elan edilib.

Son məlumata görə, İŞİD tərəfindən həyata keçirilmiş terror hücumu nəticəsində həlak olanların sayı 61 nəfərə çatıb, 165 nəfər yaralanıb.

Terrorçuların hücumu zamanı kollecin kazarmasında 700-ə yaxın tələbə olub.

Qulu Kəngərli

AZƏRTAC-ın xüsusi müxbiri

İslamabad

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.