DÜNYA


Pakistanın Çaman şəhərində baş verən partlayış nəticəsində 3 nəfər həlak olub

İslamabad, 10 iyul, AZƏRTAC

Pakistanın Əfqanıstanla sərhədindəki Çaman şəhərində baş verən partlayış nəticəsində 3 nəfər həlak olub, 12 nəfər yaralanıb.

Ölkə mətbuatının verdiyi məlumata görə, partlayış zamanı şəhər polis idarəsinin rəisi Sacid Xan Momad və onun mühafizəçisi də həlak olub.

Yaralananlar yaxınlıqda olan polislər və mülki vətəndaşlardır.

Terror aktına görə məsuliyyəti hələ ki, heç bir qruplaşma öz üzərinə götürməyib.

Qulu Kəngərli

AZƏRTAC-ın xüsusi müxbiri

İslamabad

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.