DÜNYA


Pakistanın Paraçinar şəhərində partlayışlarda həlak olanların sayı 37 nəfərə çatıb

İslamabad, 24 iyun, АZƏRTAC

Pakistanın Paraçinar şəhərində bazarda baş verən iki partlayışda həlak olanların sayı 37 nəfərə çatıb.

AZƏRTAC yerli mətbuata istinadla terror aktları nəticəsində 150-dən artıq adamın yaralandığını bildirir.

Partlayışlar insanlar Ramazan bayramı münasibətilə alış-veriş edərkən törədilib.

Pakistanın baş naziri Nəvaz Şərif terror aktlarını pisləyib. Bildirib ki, bütün ölkədə təhlükəsizlik tədbirləri gücləndirilməli, əhali ayıq-sayıq olmalıdır.

Partlayışlara görə məsuliyyəti hələ ki heç bir qruplaşma öz üzərinə götürməyib.

Qulu Kəngərli

AZƏRTAC-ın xüsusi müxbiri

İslamabad

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.