İQTİSADİYYAT


Pakistanın Xayber-Paxtunxva əyalətinin iş adamları Azərbaycana dəvət ediliblər 

İslamabad, 17 may, АZƏRTAC

Azərbaycanın Pakistandakı səfiri Əli Əlizadə bu ölkənin Xayber-Paxtunxva əyalətinə səfər edib, Peşəvər Sənaye və Ticarət Palatasının sədri və üzvləri ilə görüşüb.

Səfir Azərbaycanda reallaşdırılan ticari-iqtisadi layihələr, ölkəmizdən keçən beynəlxalq nəqliyyat dəhlizlərinin imkanları, xarici investorlar üçün yaradılan münbit şərait haqqında məlumat verib. Azərbaycanda yaradılan sənaye və texnologiya parkları, iş adamları üçün əlverişli şərait və güzəştlər, ölkəmizin əldə etdiyi nailiyyətlər haqqında məlumat verən səfir Pakistanın Xayber-Paxtunxva əyalətinin iş adamlarını Azərbaycanda sərmayə yatırmağa dəvət edib.

Bu ilin fevral ayında Azərbaycanın biznes heyətinin Pakistanın bir sıra şəhərlərinə səfəri haqqında məlumat verən səfir Pakistanın böyük ölkə kimi geniş bazara və imkanlara malik olduğunu söyləyib. O, Xayber-Paxtunxva əyalətinin iş adamları ilə əməkdaşlığın səmərəli olacağını, əyalətdə həyata keçirilən iqtisadi layihələrə Azərbaycan şirkətlərinin də maraq göstərdiyini vurğulayıb.

Ə.Əlizadə iş adamları arasında əməkdaşlığın perspektivləri haqqında da fikir mübadiləsi aparıb, palata üzvlərinin suallarını cavablandırıb.

Qulu Kəngərli

AZƏRTAC-ın xüsusi müxbiri

İslamabad

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.