DÜNYA


Pakistanın baş naziri postuna müvəqqəti olaraq sabiq neft naziri seçilib

Bakı, 1 avqust, AZƏRTAC

Pakistan İslam Respublikasının sabiq neft və təbii sərvətlər naziri Şahid Hakkan Abbasi ölkənin müvəqqəti baş naziri seçilib.

AZƏRTAC TASS informasiya agentliyinə istinadla xəbər verir ki, qərar Pakistanın Milli Assambleyası (parlamentin aşağı palatası) tərəfindən səs çoxluğu ilə qəbul olunub.

Şahid Hakkan Abbasi 45 gün ərzində nazirlər kabinetinin başçısı vəzifələrini icra edəcək. Bu müddət ərzində sabiq baş nazir Nəvaz Şərifin kiçik qardaşı və rəsmi varisi Şahbaz Şərif Pəncab vilayətinin əsas naziri vəzifəsindən və deputat mandatından imtina edərək Milli Assambleyaya əlavə seçkilərə qatılacaq. Bundan sonra isə onun baş nazir postuna namizədliyi səsverməyə çıxarılacaq.

Parlamentin aşağı palatasında Nəvaz Şərifin fraksiyası olan hakim “Pakistanın müsəlmanlar liqası” partiyasının mütləq üstünlüyü Şahbaz Şərifin səsvermədə qələbə qazanması ehtimalını xeyli artırır.

Xatırladaq ki, iyulun 28-də əvvəlki nazirlər kabineti “Panama işi” üzrə təhqiqat çərçivəsində korrupsiyada ittiham olunan baş nazir Nəvaz Şəriflə birgə istefaya gedib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.