DÜNYA
Pakistanin şimal-qərbində hərbi avtomobil karvanının partladılması nəticəsində 20 hərbçi həlak olmuşdur VİDEO
İslamabad, 20 yanvar (AZƏRTAC). Yanvarın 19-da Pakistanın şimal-qərbində, Bannu şəhərində hərbi avtomobil karvanının yolunda baş vermiş partlayış nəticəsində 20 hərbçi həlak olmuş, 30 nəfər yaralanmışdır. Məlumatda deyilir ki, avtomobil karvanı Əfqanıstanla həmsərhəd Razmak rayonuna gedirmiş.
Terror aktına görə məsuliyyəti taliblərin „Təxrik-i taliban Pakistan“ qruplaşması öz üzərinə götürmüşdür.
Xatırladırıq ki, ötən il noyabrın 1-də ABŞ-ın pilotsuz təyyarəsi „Təxrik-i taliban Pakistan“ın yerləşdiyi əraziləri bombalayarkən qruplaşmanın lideri Hikimulla Maxsud və daha 20 nəfər öldürülmüşdü.
Qulu Kəngərli
AZƏRTAC-ın xüsusi müxbiri
İslamabad
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 25.04.2024 [20:29]
Böyük Britaniya İrana qarşı yeni sanksiyalar tətbiq edib
- 25.04.2024 [20:16]
Gürcüstan müxalifəti yeni mitinq elan edib
- 25.04.2024 [19:04]
Çin “Şencou-18” kosmik missiyasını uğurla orbitə çıxarıb
- 25.04.2024 [18:04]
Gürcüstan prokurorluğu genişmiqyaslı transmilli cinayətin üstünü açıb
- 25.04.2024 [17:57]
Avropa Parlamenti Gürcüstanla bağlı qətnamə qəbul edib
- 25.04.2024 [16:31]