SİYASƏT


Pakistanın xəbər portalı Azərbaycanda keçirilən referendum barədə material yayıb

A+ A

İslamabad, 3 oktyabr, AZƏRTAC 

Pakistanın leadpakistan.com.pk portalı Azərbaycanda keçirilən ümumxalq səsverməsi (referendum) haqqında material verib.

Məqalədə deyilir ki, referendumun nəticələri Azərbaycan xalqı, beynəlxalq təşkilatlar, müstəqil forumlar və nüfuzlu beynəlxalq seçki monitorinqi agentlikləri tərəfindən artıq tanınıb. Azərbaycan Mərkəzi Seçki Komissiyasının sədri referendumun beynəlxalq standartlar səviyyəsində, azad, ədalətli və şəffaf keçirildiyini bildirib. MSK-nın məlumatına və exit-poll-un nəticələrinə əsasən, referendumda seçicilərin 69,7 faizi səs verib.

Pakistan portalı Avropa Parlamentinin vitse-prezidenti Richard Czarneskinin dediklərini sitat gətirib. O, referendumun yüksək beynəlxalq standartlara uyğun aparıldığını və Azərbaycan xalqının iradəsini ifadə etdiyini bildirərək, səsvermənin azad və şəffaf keçirildiyini vurğulayıb.

Məlumat verilir ki, bu səsvermə stabillik və ölkənin dayanıqlı inkişafı üçün daha səmərəli idarəetmə sisteminin yaradılması, eləcə də daha dərin islahatların həyata keçirilməsi istiqamətində irəliyə doğru atılmış bir addım kimi Azərbaycan xalqının istəyini əks etdirir. Referendumu 30-dan çox ölkədən və Avropa Şurası Parlament Assambleyası da daxil olmaqla, müxtəlif beynəlxalq təşkilatlardan 117-dən çox müşahidəçi izləyib.

Qulu Kəngərli

AZƏRTAC-ın xüsusi müxbiri

İslamabad

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.