REGİONLAR


Pambıq istehsalı, tədarükü və emalı ilə məşğul olan nəqliyyat vasitələri texniki baxışdan keçirilir

Bakı, 26 iyul, AZƏRTAC

Regionlarda pambıqçılığın inkişafı ilə bağlı bu sahəyə cəlb edilən nəqliyyat vasitələrinin ərazilərdə qısa müddətdə dövlət texniki baxışının keçirilməsinin təşkili və nasaz nəqliyyat vasitələrinin pambıq yığımınadək saz vəziyyətə gətirilməsi üçün Kənd Təsərrüfatı Nazirliyinin Baş Dövlət Texniki Nəzarət Müfəttişliyi tərəfindən müvafiq tədbirlər görülür. Pambıq yığımına hazırlıq işləri ilə bağlı Dövlət Müfəttişliyinin “Səyyar xidmət” qrupu və rayon (şəhər) müfəttişlikləri gücləndirilmiş iş rejiminə keçib.

Kənd Təsərrüfatı Nazirliyindən AZƏRTAC-a bildiriblər ki, respublikanın digər rayonlarında olduğu kimi, Biləsuvar rayonunda da pambıqçılığın inkişafı ilə bağlı müvafiq tədbirlər görülməkdədir.

Bu məqsədlə iyulun 26-da “Səyyar xidmət” qrupu və aidiyyəti üzrə rayon (şəhər) müfəttişlikləri tərəfindən Biləsuvar rayonu ərazisində pambıq istehsalı, tədarükü, emalı ilə məşğul olan “CTS AGRO MMC”-yə məxsus 55 nəqliyyat vasitəsinə texniki baxış keçirilib və həmin nəqliyyat vasitələrinin saz vəziyyətdə olduğu müəyyən edilib.

Eyni zamanda, dövlət texniki baxışına təqdim edilməyən və pambıqçılığın becərilməsi, yığılması və daşınmasında istifadə edilən “CTS AGRO MMC”-nin balansında olan nəqliyyat vasitələrinin daim istismara yararlı vəziyyətdə saxlanılmasına dair MMC-nin rəhbərliyinə tövsiyə olunub və bu sahədə nəzarətin gücləndirilməsi haqqında rayon (şəhər) müfəttişliklərinə göstəriş verilib.

Bu tədbirlər respublika ərazisində mütəmadi olaraq təşkil ediləcək.

Qeyd edək ki, bütün bu işlər “Azərbaycan Respublikasında kənd təsərrüfatı məhsullarının istehsalına və emalına dair Strateji Yol Xəritəsi”nin icrası çərçivəsində həyata keçirilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.