REGİONLAR


Pambıq və tütün istehsalçılarına subsidiyanın verilməsi qaydaları təsdiqlənib

A+ A

Bakı, 8 noyabr, AZƏRTAC

Azərbaycan Respublikasının Nazirlər Kabineti “Pambıq və tütün istehsalçılarına dövlət büdcəsinin vəsaiti hesabına subsidiyanın verilməsi Qaydası”nın təsdiq olunması haqqında qərar qəbul edib.

AZƏRTAC xəbər verir ki, Qaydalara əsasən istehsalçılara emal müəssisələrinə satdıqları xam pambığın hər 1 kiloqramına (kondisiya çəkisində) görə 0,1 manat, quru tütünün hər 1 kiloqramına, yaş tütünün isə hər 10 kiloqramına görə 0,05 manat məbləğində subsidiya verilir.

Subsidiya istehsalçı olan hüquqi şəxslərin hesablaşma hesablarına və fiziki şəxslərin cari (xüsusi kart) hesablarına köçürülməklə ödənilir.

Rayon (şəhər) üzrə istehsalçılara subsidiyanın verilməsi ilə bağlı işin təşkili Kənd Təsərrüfatı Nazirliyinin rayon və şəhər idarələri tərəfindən həyata keçirilir.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.