REGİONLAR
Pambıq və yonca bitkilərinin yeni texnologiyalarla yetişdirilməsi yolları müzakirə edilib
Salyan, 28 iyul, Mahir Babayev, AZƏRTAC
Salyan Regional Elm və İnformasiya Məsləhət Mərkəzində “Muğan-Salyan bölgəsində pambıq və yonca bitkilərinin mütərəqqi becərmə texnologiyaları, növbəli əkinlərin üstünlükləri, yeni sortların nümayişi, elit toxum istehsalının elmi əsasları” müzakirə edilib.
AZƏRTAC xəbər verir ki, bu münasibətlə keçirilən elmi-praktik konfransda çıxış edən mərkəzin baş direktoru Rəsul Balayev aqrar sahənin inkişafı istiqamətində aparılan tədqiqatlar, nəticələrin tətbiqi, elmlə istehsal arasında səmərəli, çevik əlaqələrin yaradılmasının əhəmiyyəti barədə ətraflı məlumat verib.
Çıxışlardan sonra tədbir iştirakçıları mərkəzin ərazisində əkilmiş pambıq, yonca sahələrinə baxış keçiriblər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.08.2023 [05:30]
Bu il Oğuzun taxıl sahələrində orta məhsuldarlıq 30,9 sentner olub
- 26.08.2023 [03:21]
Balakənli fermerlər 7819 hektar sahədə dən üçün qarğıdalı yetişdiriblər
- 25.08.2023 [01:10]
Bu il Beyləqanda 23 min tondan çox pambıq istehsalı gözlənilir
- 24.08.2023 [04:45]
Beyləqanda payızlıq səpin üçün indiyədək 8750 hektarda şum qaldırılıb
- 24.08.2023 [03:17]
Bu il Ağcabədidə 40 min tondan çox pambıq istehsalı gözlənilir
- 22.08.2023 [20:19]