REGİONLAR


Pambıqçılıq ağır zəhmət tələb etsə də, ölkəyə valyuta gətirən sahədir

A+ A

Ucar, 2 sentyabr, AZƏRTAC

Ucar rayonunun Qaziyan kənd sakini sahibkar Mirhakim Abbasova məxsus 20 hektar pambıq sahəsində bir neçə gündür məhsul yığımına başlanılıb və hazırda bu iş sürətlə davam etdirilir.

AZƏRTAC xəbər verir ki, Prezident İlham Əliyevin ölkəmizdə ənənəvi sahə olan pambıqçılığın inkişafı ilə əlaqədar verdiyi tövsiyə və tapşırıqlar, göstərilən dövlət dəstəyi Ucar rayonunda digər sahibkarlar kimi, Mirhakim Abbasovun da bu sahəyə marağını artırıb və uzun illərdən bəri ilk dəfə olaraq pambıqçılıqla məşğul olmağa başlayıb.

Onun təsərrüfatında sahələrin becərilməsində, eləcə də hazırda məhsul toplanışında 15 ailədən 25 nəfərədək işçi çalışır. Becərmə dövründə hər nəfər orta hesabla ayda 200-400 manat əmək haqqı alıb.

Hazırda məhsulun vaxtında və itkisiz toplanması üçün bütün qüvvələr səfərbərliyə alınıb və hər kəs bu işdə ciddi səy göstərir.

Sahibkar M.Abbasov AZƏRTAC-ın müxbiri ilə söhbətində deyib: “Pambıqçılıq Ucarda təsərrüfatın ənənəvi sahəsi hesab olunur. Ağır zəhmət tələb etsə də, ölkəyə valyuta gətirən sahədir. Bu ildən pambıqçılıqla yenidən məşğul olmağa başlamışıq. Zəhmətimiz öz bəhrəsini verib. Bol məhsul yetişdirmişik. Sahələrdən azı 40 ton məhsul gözləyirik”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.