REGİONLAR


Pambıqyığan maşınlar tarlalara çıxarılıb

A+ A

Kürdəmir, 4 oktyabr, AZƏRTAC

Kürdəmir rayonunda pambıq yığımı sürətlə davam etdirilir. Bu gündən sahələrə Amerikanın “Lohn Deere” şirkətinin istehsalı olan iki pambıqyığan maşın da çıxarılıb.

Rayon kənd təsərrüfatı idarəsindən AZƏRTAC-a verilən məlumatda bildirilir ki, builki mövsümdə 1911 hektarda pambıq yetişdirilib və hava şəraitinin törətdiyi çətinliklərə baxmayaraq, 400 tonadək məhsul yığılıb. “Ağ qızıl”ın yığılmasında hazırda 500-dən çox işçi qüvvəsi çalışır.

Oktyabrın 4-dən etibarən pambıqyığan maşınlar da tarlalara çıxarılıb. Texnikalar ilkin olaraq Karrar qəsəbəsi ərazisindəki sahələrə cəlb edilib. Ümumən, rayonda maşınla yığılacaq ərazilər 1000 hektardan çoxdur. Pambıqyığan maşınlar məhsulun daha tez yığılmasında fermerlərə böyük kömək olacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.