DÜNYA
Pan Gi Mun BMT-nin baş katibi postunda qadın görmək istəyir
Bakı, 16 avqust, AZƏRTAC
BMT-nin baş katibi Pan Gi Mun özündən sonra təşkilatın başında qadın görmək arzusunda olduğunu bildirib.
AZƏRTAC Interfax informasiya agentliyinə istinadla xəbər verir ki, Pan Gi Munun fikrincə, BMT-ni ardıcıl olaraq 8 kişi idarə edib və indi bu posta ilk dəfə qadın gəlməsinin vaxtı çatıb.
“Milli hökumətlərdə, digər təşkilatlarda, hətta biznes və siyasətdə, həmçinin mədəni və digər həyat sferalarında yüksək vəzifələr tutan çox sayda görkəmli qadınlarımız var”,- deyə baş katib qeyd edib.
Bununla yanaşı, Pan Gi Mun bu barədə yekun qərarı özünün deyil, təşkilatın Baş Assambleyasına namizəd barədə rəy göndərməli olan BMT-nin Təhlükəsizlik Şurasının verməli olduğunu vurğulayıb.
Xatırladaq ki, iyul ayında Təhlükəsizlik Şurasında BMT-nin yeni baş katibinin seçilməsi prosesi başlayıb. Bir neçə ay davam edəcək proses qapalı qapılar arxasında keçirilir. Təşkilatın baş katibi postu uğrunda altı kişi və beş qadın mübarizə aparır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 19.04.2024 [22:26]
İstanbulda torpaq sürüşməsi baş verib
- 19.04.2024 [19:06]
Gürcüstan və AİB arasında əməkdaşlığın perspektivləri müzakirə edilib
- 19.04.2024 [18:45]
Tbilisidə mitinqlər zamanı beş polis əməkdaşı yaralanıb
- 19.04.2024 [18:37]
İranın Parisdəki konsulluğuna girən şübhəli şəxs saxlanılıb
- 19.04.2024 [18:20]
Gürcüstanın müdafiə naziri ABŞ generalı ilə görüşüb
- 19.04.2024 [18:00]
“World Weather Attribution”: Qərbi Afrikanı görünməmiş istilər bürüyüb
- 19.04.2024 [17:59]
İsveçrədə “tarakanabənzər dron” hazırlanıb
- 19.04.2024 [17:55]