CƏMİYYƏT


Pan Gi Mun İİV epidemiyası ilə mübarizədə liderliyinə görə UNAIDS mükafatına layiq görülüb

A+ A

Bakı, 1 dekabr, AZƏRTAC

Nyu-Yorkda, BMT iqamətgahında keçirilən xüsusi iclasın iştirakçıları insanın immunçatışmazlığı virusunun (İİV) qurbanı olmuş 35 milyon insanın xatirəsini yad edərək, bu virusdan əziyyət çəkən 78 milyon insana öz dəstəklərini bildiriblər.

AZƏRTAC BMT-nin Xəbərlər Mərkəzinə istinadla xəbər verir ki, qurumun baş katibi Pan Gi Mun bu təhlükəli xəstəliyə yoluxmuş insanlara münasibətdə xurafata və ayrı-seçkiliyə qarşı mübarizə aparmağa, onların müalicə imkanlarının təmin edilməsinə hər cür kömək göstərilməsinə çağırıb.

BMT-nin baş katibi bildirib: “Tolerantlıq və anlayış İİV-i dayandırmağa, dəstək və kömək insan həyatını qurtarmağa kömək edəcək”. Pan Gi Mun 35 il əvvəl peyda olan İİV-ə qarşı mübarizədə irəliləyişdən danışaraq xatırladıb ki, analarından yoluxan uşaqların sayı iki dəfə azalıb.

Baş katibin sözlərinə görə, həyati əhəmiyyətli dərman preparatlarını almaq imkanı olan İİV-li insanların sayı son beş ildə iki dəfə artaraq, hazırda 18 milyon nəfəri ötüb. Pan Gi Mun 2030-cu il üçün müalicəyə ehtiyacı olan 30 milyon insanın tələbatını təmin etməyə çağırıb.

Tədbirdə BMT-nin İİV/QİÇS (UNAIDS) üzrə Birləşmiş Proqramının rəhbəri Mişel Sidibe çıxış edib. O, İİV epidemiyasına qarşı mübarizədə liderliyinə görə Pan Gi Muna UNAIDS mükafatını təqdim edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.