DÜNYA


Panamanın sabiq diktatoru Manuel Noryeqa 84 yaşında vəfat edib

Bakı, 30 may, AZƏRTAC

1983-1989-cu illərdə Panamaya rəhbərlik etmiş general Manuel Noryeqa 83 yaşında dünyasını dəyişib.

AZƏRTAC TASS informasiya agentliyinə istinadla xəbər verir ki, bir qədər əvvəl Panamanın keçmiş liderinin baş-beyin əməliyyatı keçirdiyi və süni koma vəziyyətinə salındığı bildirilirdi.

Noryeqa 1983-1989-cu illərdə ölkəyə rəhbərlik edib və ABŞ-ın hərbi müdaxiləsindən sonra devrilib. O, müxalifət tərəfdarlarının kütləvi qətlində ittiham olunub. 2011-ci ildə sabiq diktator Fransadan Panamaya ekstradisiya olunub və həbs edilib.

Yanvar ayında Panama məhkəməsi Noryeqanın beynindən xoşxassəli şişin çıxarılması üzrə keçirəcəyi əməliyyatla əlaqədar onun ev dustaqlığına razılıq vermişdi.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.