DÜNYA


Panamaya məxsus tanker Yaponiya sahillərində saya oturub

A+ A

Tokio, 11 fevral, AZƏRTAC

Panamaya məxsus “Saqan” tankeri Yaponiyanın Kaqoşima prefekturasına aid olan Suvaneso adası rayonunda saya oturub. NHK telekanalının yaydığı məlumata görə, gəmidə 18 heyət üzvü var.

Fevralın 11-də səhər saatlarında Yaponiya Dənizdə Təhlükəsizlik Xidməti “Saqan” tankerindən qəza barədə siqnal alıb. Qəza nəticəsində dənizə yağ axması baş versə də, hələlik onun əhatə dairəsi məlum deyil.

Təhlükəsizlik Xidməti heyəti xilas etmək üçün qəza yerinə helikopter göndərib. Zərərçəkənlər barədə də məlumat verilmir.

Vüqar Ağayev

AZƏRTAC-ın xüsusi müxbiri

Tokio

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.