DÜNYA


“Panasonic” gözəgörünməz televizor təqdim edib

A+ A

Bakı, 5 oktyabr, AZƏRTAC

“Panasonic” şirkəti “OLED” texnologiyası əsasında hazırlanmış şəffaf televizorun yeni versiyasını təqdim edib.

AZƏRTAC “therunet.com” saytına istinadən xəbər verir ki, qurğu şkafın qapısına qurulub və adi şüşəyə oxşayır. Bu halda displeyin arxa tərəfi işıqlı olduğu halda da təsvirin keyfiyyəti dəqiqdir. Ekranın arxa tərəfi qaranlıq olduqda təsvir keyfiyyət üzrə standart qurğularla rəqabət edə bilər.

Şirkət bundan əvvəl istifadəçilərə şəffaf displey nümayiş etdirib, amma təsvirin keyfiyyəti aşağı olub və parlaq işıqda təsviri, ümumiyyətlə, ayırd etmək qeyri-mümkün idi. Şirkətin nümayəndələri “Engadget” nəşrinə bildiriblər ki, bir neçə il ərzində texnologiyanı inkişaf etdirməyi planlaşdırırlar və 3 il sonra şəffaf ekranlar satışa çıxarılacaq.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.