MƏDƏNİYYƏT


Pantomima Teatrı “Adajio” ilə mövsümə yekun vuracaq

Bakı, 29 iyun, AZƏRTAC

Azərbaycan Dövlət Pantomima Teatrı iyulun 8-də Xalq Artisti Bəxtiyar Xanızadənin ssenarisi əsasında hazırlanan “Adajio” tamaşası ilə mövsümə yekun vuracaq.

Teatrdan AZƏRTAC-a bildirilib ki, səhnə əsərində rəsmlərin quruluşu və musiqi tərtibatı Əməkdar Artist Nargilə Qəribovaya məxsusdur. “Adajio” müasir Azərbaycan şairlərinin lirikası üzərində qurulmuş ədəbi-musiqili, sözlü-pantomimalı kompozisiyadır.

“Adajio” poetik düşüncəsi bir şəhər parkında vaqe olur. Parkda altı gənc qız heykəli növbəli şəkildə canlanaraq buradan təsadüfən (bütün təsadüflər zərurətdən doğur prinsipi) keçən və ya bilərəkdən buraya baş çəkən keçmiş sevgililəri ilə birlikdə eşq hekayətlərini danışırlar. Şair tamaşanın əvvəlində öz düşüncələrini bölüşür, sonda isə harmonik müdaxilələrini edir. Bütün bunlar əksəriyyəti Avropa, bir hissəsi Azərbaycan musiqisi olmaqla seçmə kompozisiya və rəqslər ilə müşayiət edilir.

Adajio tempində qurulan tamaşanın finalı alleqro ruhunda vüsalla əlamətdardır. Səhnə əsərində rəqslərin quruluşu Elnur İsmayılova aiddir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.