MƏDƏNİYYƏT


Pantomima Teatrı “Adajio” ilə mövsümə yekun vurub

Bakı, 10 iyul, AZƏRTAC

Azərbaycan Dövlət Pantomima Teatrı Xalq Artisti Bəxtiyar Xanızadənin ssenarisi əsasında hazırlanan “Adajio” tamaşası ilə mövsümə yekun vurub.

Teatrdan AZƏRTAC-a bildirilib ki, səhnə əsərində rəsmlərin quruluşu və musiqi tərtibatı Əməkdar Artist Nargilə Qəribovaya, rəqslərin quruluşu isə Elnur İsmayılova aiddir.

“Adajio” müasir Azərbaycan şairlərinin lirikası əsasında qurulmuş ədəbi-musiqili, sözlü-pantomimalı kompozisiyadır. “Adajio” poetik düşüncəsi şəhər parklarından birində vaqe olur. Parkda altı gənc qız heykəli növbəli şəkildə canlanaraq buradan təsadüfən (bütün təsadüflər zərurətdən doğur prinsipi) keçən və ya bilərəkdən buraya baş çəkən keçmiş sevgililəri ilə birlikdə eşq hekayətlərini danışırlar. Şair tamaşanın əvvəlində düşüncələrini bölüşür, sonda isə harmonik müdaxilələr edir. Bütün bunlar əksəriyyəti Avropa, bir hissəsi Azərbaycan musiqisi olmaqla seçmə kompozisiya və rəqslərlə müşayiət olunur.

Aktyorların məharətli çıxışı səhnə əsərini daha da baxımlı edib, tamaşa maraqla qarşılanıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.