MƏDƏNİYYƏT


Pantomima Teatrının səhnəsində yeni tamaşa - “Bədbəxtlik”

Bakı, 22 iyun, AZƏRTAC

Azərbaycan Dövlət Pantomima Teatrının yaradıcı kollektivi növbəti yeni tamaşasını təqdim etməyə hazırlaşır. Belə ki, sənət ocağı bu dəfə Anton Pavloviç Çexovun “Bədbəxtlik” əsəri əsasında hazırlanmış eyniadlı səhnə əsəri ilə teatrsevərlərin görüşünə gələcək.

Teatrdan AZƏRTAC-a bildirilib ki, premyerası iyunun 24-də gerçəkləşəcək səhnə əsərində teatrın bütün yaradıcı kollektivi iştirak edəcək.

Tamaşanın iyunun 25-də də nümayişi nəzərdə tutulur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.