SİYASƏT


Paolo Alli: Ərazi bütövlüyü NATO ilə əməkdaşlığın əsas prinsipidir

Tbilisi, 29 may, AZƏRTAC

Mayın 29-da NATO Parlament Assambleyasının yaz sessiyasının geniş iclası keçirilib. İclasda çıxış edən assambleyanın prezidenti Paolo Alli Gürcüstan Silahlı Qüvvələrində həyata keçirilən islahatlardan danışıb. Bildirib ki, bu islahatlar Gürcüstanın NATO-ya inteqrasiyasında mühüm rol oynayır.

Dövlətlərin ərazi bütövlüyünün, sərhədlərinin toxunulmazlığını xüsusi vurğulayan prezident deyib ki, ərazi bütövlüyü NATO ilə əməkdaşlığın əsas prinsipidir. NATO dövlətlərin beynəlxalq hüququn norma və prinsipləri əsasında müəyyən olunmuş ərazi bütövlüyünü dəstəkləyir.

P.Alli çıxışında NATO-nun xərclərinin artırılmasının vacibliyini vurğulayıb və deyib ki, yaxın gələcəkdə təşkilata üzv ölkələr ümumi daxili məhsulun 2 faizi həcmində üzvlük haqqı ödəməli olacaqlar.

Sonra o, kibercinayətkarlığa, dezinformasiyalara qarşı mübarizə, ərzaq və iqlim dəyişikliyi, iqtisadi təhlükəsizlik və digər məsələlərdən danışıb. Bütün dövlətləri birliyə dəvət edib.

Sonra Gürcüstan Prezidenti Georgi Marqvelaşvili, Baş nazir Georgi Kvirikaşvili, Gürcüstan parlamentinin sədri İrakli Kobaxidze çıxış edib, Gürcüstanın Avroatlantik strukturlara inteqrasiyası, silahlı qüvvələrin təkmilləşdirilməsi istiqamətində görülən işlər barədə məlumat veriblər.

Qeyd edək ki, bu sessiyada “Gürcüstanın Avroatlantik inteqrasiyasının dəstəklənməsi” bəyannaməsi qəbul olunacaq.

Xətayi Əzizov

AZƏRTAC-ın xüsusi müxbiri

Tbilisi

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.