DÜNYA


Papua-Yeni Qvineyada zəlzələdən sonra sunami təhlükəsi elan olunub

Tokio, 22 yanvar, AZƏRTAC

Sakit Okean Sunami Xəbərdarlığı Mərkəzi (PTWC) Papua-Yeni Qvineya dövlətinə məxsus adalardan birində baş vermiş zəlzələdən sonra güclü sunaminin mümkünlüyü barədə xəbərdarlıq yayıb.

Bundan bir qədər əvvəl ABŞ Geoloji Xidməti (USGS) həmin ərazidə 7,9 bal gücündə zəlzələ baş verdiyini bildirib. Yerli vaxtla saat 4:30 dəqiqədə baş verən yeraltı təkanlar Buqenvil Muxtar Regionunun Panquna şəhərindən 41 kilometr qərbdə qeydə alınıb. Zəlzələnin ocağı 136 kilometr dərinlikdə yerləşib. Dağıntılar və zərərçəkənlər barədə məlumat verilmir.

PTWC-nin məlumatında qeyd edilir ki, 0,3 metrdən 1 metrə qədər sunami dalğaları Solomon və Papua-Yeni Qvineya adaları sahillərində gözlənilir.

Vüqar Ağayev

AZƏRTAC-ın xüsusi müxbiri

Tokio

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.