İDMAN


Para-taekvondo üzrə Azərbaycan millisi Avropa çempionatında 11 idmançı ilə təmsil olunacaq

A+ A

Bakı, 15 sentyabr, AZƏRTAC

Azərbaycanın para-taekvondo üzrə milli komandası təlim-məşqləri başa vuraraq Avropa çempionatına yollanıb. Varşavada keçiriləcək qitə çempionatında ölkəmizi dörd kateqoriya üzrə 11 idmançı təmsil edəcək.

Azərbaycan Taekvondo Federasiyasından AZƏRTAC-a bildiriblər ki, sentyabrın 16-da keçiriləcək yarışda baş məşqçi Əvəz Tağıyev, böyük məşqçilər Yaşar Səfərov və Tərənnüm Bayramov milli komandada Namiq Abbasov (61 kg), Xəzər Mirzəyev (75 kq), Anar Hüseynov (61 kg), Şəhmir İbadov (61 kg), Aleksandr Poluşuk (75 kiloqramdan yuxarı), Vüqar Adışirinov (75 kiloqramdan yuxarı), Rövşən Qəhrəmanlı (61 kg), Əbülfəz Abuzərli (75 kq), Nicat Müslümov (75 kq), Aynur Məmmədova (58 kiloqramdan yuxarı) və Röyalə Fətəliyevaya (58 kq) etimad göstəriblər.

İdmançıları Federasiyanın baş katibi, para-taekvondo üzrə milli komandanın rəhbəri Həmdiyyə Məmmədov müşayiət edəcək.

G4 kateqoriyalı yarışın qalibləri aktivlərinə 40 reytinq xalı əlavə etmiş olur. Qazanılan xallar 2020-ci ildə Tokioda keçiriləcək Yay Olimpiya Oyunlarına lisenziya qazanmaq üçün böyük önəm daşıyır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.