İDMAN
Para-taekvondo üzrə milli komandamız Dünya Oyunlarında 4 qızıl və 1 bürünc medal qazanıblar
Bakı, 4 oktyabr, AZƏRTAC
Rusiyanın Soçi şəhərində IWAS versiyası üzrə fiziki qüsurluların Dünya Oyunları başa çatıb. İdmanın oxatma, güləş, yüngül atletika, üzgüçülük, stolüstü tennis növləri üzrə keçirilən Oyunlarda para-taekvondo yarışları da yer alıb.
AZƏRTAC xəbər verir ki, “G4” kateqoriyalı yarışlara altı idmançı ilə qatılan para-taekvondo üzrə milli komandamız 4 qızıl və 1 bürünc medal qazanmaqla növbəti uğura imza atıb.
Turnirdə 75 kiloqram çəki dərəcəsində mübarizə aparan Nicat Müslümov, eləcə də Namiq Abbasov (61 kq), Rövşən Qəhrəmanlı (61 kq) və Aynur Məmmədova (58 kq-dan yuxarı) yarışın qalibi olaraq qızıl medal qazanıblar. Aleksandr Polişuk (75 kq-dan yuxarı) isə yarımfinalda məğlub olaraq bürünc medalla kifayətlənib.
Komandamız yarışa Azərbaycan Taekvondo Federasiyasının baş katibi Həmdiyyə Məmmədov, baş məşqçi Əvəz Tağıyev və böyük məşqçi Yaşar Səfərovun rəhbərliyi ilə qatılıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.03.2024 [20:31]
Azərbaycan boksçuları Bakıdakı beynəlxalq turniri 21 medalla başa vurublar
- 28.03.2024 [17:57]
AMADA-nın əməkdaşı WADA-nın vebinarında iştirak edib
- 28.03.2024 [17:11]
Premyer Liqa: Dörd oyuna hakim təyinatları açıqlanıb
- 28.03.2024 [17:09]
Azərbaycan ağırlıqqaldıranları üçün antidopinqlə bağlı seminar keçirilib
- 28.03.2024 [16:16]