İDMAN


Paracüdo üzrə milli komandamız Avstriyada təlim-məşq toplanışında olub

Bakı, 24 yanvar, AZƏRTAC

Azərbaycan Milli Paralimpiya Komitəsinin (AMPK) paracüdo üzrə milli komandası IV İslam Həmrəyliyi Oyunlarına hazırlıq məqsədilə olimpiyaçı cüdoçularla birlikdə Avstriyada təlim-məşq toplanışında iştirak edib. Toplanış uğurla başa çatıb və idmançılarımız artıq vətənə qayıdıblar.

AMPK-dən AZƏRTAC-a bildiriblər ki, Azərbaycanda paracüdo idmanının inkişafı və geniş vüsət alması məqsədilə milli komandanın heyətinə kişi və qadın idmançılar cəlb olunub. Kişilərdən ibarət milli komandanın məşqçisi İbrahim İbrahimov, qadınlardan ibarət milli komandanın məşqçisi isə London Paralimpiya Oyunlarının çempionu Ramin İbrahimovdur.

Paracüdo üzrə respublika çempionatı fevralda keçiriləcək.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.