İDMAN
Paracüdo yarışlarında yığmamızın aktivinə növbəti qızıl medalı “Rio-2016”nın çempionu Ramil Qasımov yazdırıb
Bakı, 14 may, AZƏRTAC
Mayın 14-də Heydər Əliyev adına İdman Sarayında “Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarında paracüdo yarışlarının ikinci günündə yığmamızın aktivinə ikinci qızıl medalı Ramil Qasımov yazdırıb.
AZƏRTAC xəbər verir ki, yarışda 73 kiloqram çəki dərəcəsində kişilərin mübarizəsində döşək üzərinə çıxan dünya çempionumuz finalda özbəkistanlı Feruz Sayidovu ipponla məğlub edərək “Bakı-2017”nin qalibi olub.
Ramil Qasımov 2014-cü ildə ABŞ-da təşkil olunan dünya çempionatının qızıl medalını qazanıb. Cüdoçumuz 2013-cü il və 2015-ci il Avropa çempionatlarında fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Onun ən böyük uğuru “Rio-2016” XV Yay Paralimpiya Oyunlarının çempionluğudur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.03.2024 [17:11]
Premyer Liqada XXVIII turun hakimləri açıqlanıb
- 28.03.2024 [17:09]
Azərbaycan ağırlıqqaldıranları üçün antidopinqlə bağlı seminar keçirilib
- 28.03.2024 [16:16]
Dünyanın futbol üzrə ən dəyərli “onbirliyi” açıqlanıb
- 28.03.2024 [14:22]