İDMAN


Paracüdo yarışlarının ikinci günündə Azərbaycanın ilk qızıl medalını Elçin Talıbov əldə edib

Bakı, 14 may, AZƏRTAC

Mayın 14-də Heydər Əliyev adına İdman Sarayında "Bakı-2017" IV İslam Həmrəyliyi Oyunlarının paracüdo yarışlarının ikinci günündə Azərbaycanın ilk qızıl medalını idmançımız Elçin Talıbov qazanıb.

AZƏRTAC xəbər verir ki, yarışda 66 kiloqram çəki dərəcəsində tatami üzərinə çıxan Elçin Talıbov finalda ölkəmizin digər təmsilçisi Bayram Mustafayev üzərində inamlı qələbə qazanaraq fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

Elçin Talıbov Budapeştdə keçirilən cüdo üzrə Avropa çempionatında milli paralimpiya komandasının heyətində bürünc medal qazanıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.