İDMAN


Paracüdo yarışlarının ikinci günündə komandamızın hesabına ikinci gümüş medalı Kənan Abdullaxanlı əlavə edib

Bakı, 14 may, AZƏRTAC

Mayın 14-də Heydər Əliyev adına İdman Sarayında "Bakı-2017" IV İslam Həmrəyliyi Oyunlarında paracüdo yarışlarının ikinci günündə komandamızın hesabına ikinci gümüş medalı Azərbaycan cudoçusu Kənan Abdullaxanlı əlavə edib.

AZƏRTAC xəbər verir ki, yüz kiloqramdan yuxarı çəki dərəcəsində çıxış edən Kənan Abdullaxanlı finalda Özbəkistan idmançısı ilə qarşılaşıb. Gərgin keçən görüşdə uduzan idmançımız gümüş medalla kifayətlənməli olub.

Xatırladaq ki, “Rio-2016” Yay Olimpiya Oyunlarının dörddəbir finalçısı Kənan Abdullaxanlı 2015-ci ildə Portuqaliyada keçirilmiş açıq Avropa çempionatının bürünc mükafatçısıdır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.