İDMAN


Paralimpiyaçı Leo-Pekka Tyaxti Finlandiyada ilin idmançısı olub

Helsinki, 19 yanvar, AZƏRTAC

Finlandiyada ilin idmançısı fəxri adı ilk dəfə para-idman nümayəndəsinə verilib.

Paralimpiyaçı Leo-Pekka Tyaxti 2016-cı ildə Finlandiyada ilin ən yaxşı idmançısı hesab edilib.

Leo-Pekka Tyaxti ardıcıl keçirilən dörd paralimpiya oyunlarında əlil arabasında 100 metr məsafəyə qaçış üzrə, o cümlədən sonuncu dəfə Rio-de-Janeyro paralimpiya oyunlarında qızıl medal qazanıb.

L.Tyaxti ən yaxşı idmançı seçiləndən sonra bildirib ki, bu, bütövlükdə para-idman və idmanın bütün kiçik növləri üçün böyük uğurdur. O, təşəkkür nitqində deyib: “Mümkün olmayan şey yoxdur, yalnız inadla işləmək və öz arzusuna çatmaq üçün çalışmaq lazımdır”.

Nigar Cəfərli

AZƏRTAC-ın xüsusi müxbiri

Helsinki

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.