CƏMİYYƏT


Paralimpiyaçı idmançı İlham Zəkiyev tələbə gənclərlə görüşüb

A+ A

Bakı, 17 oktyabr, AZƏRTAC

Cüdo üzrə ikiqat Paralimpiya, ikiqat dünya, beşqat Avropa çempionu, birinci Avropa Oyunlarının qalibi İlham Zəkiyev ilə Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının (ATGTİ) qərargahında görüş keçirilib.

ATGTİ-dən AZƏRTAC-a bildiriblər ki, İttifaqın korporativ əlaqələr departamentinin əməkdaşı Aytac Vəlixanzadə görüşdə çıxış edərək ölkəmizdə idmanın inkişafına, idmançılara göstərilən diqqət və qayğıdan danışıb, İlham Zəkiyevin uğurlu karyerası barədə ətraflı məlumat verib.

Çempion idmançı gənclərlə görüşdə həyatının müxtəlif məqamlarından və uğurlarından danışıb, göstərilən diqqət və qayğıya görə minnətdarlığını bildirib, onların suallarını ətraflı cavablandırıb.

Sonda İlham Zəkiyev ATGTİ-nin xatirə kitabına ürək sözlərini yazıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.