İDMAN


Paralimpiyaçılar arasında pauerliftinq üzrə IV Azərbaycan çempionatının qalibləri müəyyənləşib

A+ A

Bakı, 19 iyul, AZƏRTAC

Sumqayıt Paralimpiya İdman Kompleksində paralimpiyaçılar arasında pauerliftinq idman növü üzrə IV Azərbaycan çempionatı keçirilib.

AZƏRTAC xəbər verir ki, çempionatda Bakı, Gəncə, Sumqayıt, İsmayıllı, Neftçala, Naxçıvan və Xaçmazdan 6 çəki dərəcəsində 50-dək idmançı qüvvəsini sınayıb.

Qadınlar arasında Bikəxanım Vəliyeva fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

Kişilərin mübarizəsində Pərvin Məmmədov (49-59 kq), Azər Rəzm (65-72 kq), Nurlan Babacanov (80-88 kq), Elşən Hüseynov (97-107 kq) və Nemət Məmmədov (107 kq-dan yuxarı) qızıl medal qazanıblar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.