İDMAN
Paralimpiyaçılarımız Moskva Dövlət Humanitar İqtisadiyyat Universitetində güzəştli şərtlərlə təhsil ala biləcəklər
Bakı, 9 iyul, AZƏRTAC
Moskva Dövlət Humanitar İqtisadiyyat Universiteti (MDHİU) ilə Azərbaycan Respublikası Milli Paralimpiya Komitəsi (ARMPK) arasında müqavilə imzalanıb.
AZƏRTAC xəbər verir ki, qurumlar arasında aparılmış danışıqların nəticəsi olaraq bu sənəd Moskvada ARMPK-nın vitse-prezidenti Şaiq Həmidov və MDHİU-nun rektoru Vaqif Bayramov tərəfindən imzalanıb. Memoranduma əsasən azərbaycanlı paralimpiyaçılar yaxın gələcəkdə MDHİU-da güzəştli şərtlərlə təhsil ala biləcəklər.
Sonra Moskva Dövlət Humanitar İqtisadiyyat Universitetində 2016-cı ilin məzunlarına diplom təqdimetmə mərasimi keçirilib. ARMPK-nın şöbə müdiri Kamal Məmmədov hüquq fakültəsini fərqlənmə ilə bitirərək qırmızı diploma layiq görülüb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 18.04.2024 [17:35]
Kişi voleybolçuların Yüksək Liqasında ikinci finalçı bəlli olub
- 18.04.2024 [16:43]
Karlo Ançelotti Qvardiolaya qarşı unikal göstəriciyə imza atıb
- 18.04.2024 [16:00]
Manuel Noyer Çempionlar Liqasının tarixinə düşüb
- 18.04.2024 [15:40]
“Roma” baş məşqçisi Daniele De Rossi ilə bağlı qərarını verib
- 18.04.2024 [14:39]
Azərbaycanın qadın şahmatçıları Avropa çempionatında mübarizə aparacaqlar
- 18.04.2024 [14:37]
Azərbaycanın cüdo hakimi Paralimpiya Oyunlarına təyinat alıb
- 18.04.2024 [13:22]
“Azərreyl”in baş məşqçisi: Finala yüksəlmək fantastikdir
- 18.04.2024 [13:18]