CƏMİYYƏT
Parasetamol autizmə və hiperaktivliyə gətirib çıxarır
Bakı, 5 iyul, AZƏRTAC
Bu yaxınlarda aparılan elmi tədqiqat göstərib ki, hamiləlik vaxtı parasetamol qəbulu hiperaktiv və ya autizmi olan uşağın doğulmasına gətirib çıxara bilər.
AZƏRTAC “infuture.ru” saytına istinadla xəbər verir ki, 2644 hamilə qadını əhatə edən tədqiqat İspaniyada aparılıb. Eksperimentin nəticələri göstərib ki, tərkibində asetaminfenol olan parasetamol kimi preparatları qəbul etmək uşaqların autizm, hiperaktivlik simptomları və digər nevroloji funksiya pozuntusu ilə doğulması riskini 30 faiz artırır. Özü də bu simptomlar qızlarla müqayisədə oğlanlarda bir neçə dəfə çox olub.
Alimlər hamilə, eləcə də ana olmağa hazırlaşan qadınları parasetamol və digər dərmanları qəbul etməkdən çəkindirirlər. Çünki bu preparatları qəbul etməyin hansı nəticələrə gətirib çıxaracağı məlum deyil. Uşağın sağlamlığı isə hər şeydən üstündür.