SİYASƏT


Paris Azərbaycan evi Alxanlı hadisələri  ilə bağlı bəyanat yayıb

Bakı, 6 iyul, AZƏRTAC

Paris Azərbaycan evi Ermənistan Silahlı Qüvvələri tərəfindən Füzuli rayonunun Alxanlı kəndində törədilmiş hərbi təxribatla əlaqədar bəyanat yayıb.

Bu barədə AZƏRTAC-a Diasporla İş üzrə Dövlət Komitəsindən məlumat veriblər. Bildirilib ki, bəyanatda Fransada yaşayan azərbaycanlılar adından iyulun 4-ü axşam saatlarında Ermənistan ordusunun Azərbaycanın Füzuli rayonunun Alxanlı kəndini 82 və 120 millimetrlik minaatanlardan və dəzgahlı qumbaraatanlardan atəşə tutması nəticəsində Quliyeva Sahibə İdris qızının və onun nəvəsi Quliyeva Zəhra Elnur qızının qətlə yetirilməsi qəti şəkildə pislənilib, həlak olanların yaxınlarına və əzizlərinə dərin hüznlə başsağlığı verilib.

Bəyanatda, həmçinin Ermənistan dövlətinin ötən əsrin sonlarına doğru Azərbaycan xalqına qarşı törətdiyi təcavüzdən bəhs edilib və bildirilib ki, 1 milyondan çox Azərbaycan əhalisi öz ölkəsində məcburi köçkün kimi yaşayır.

“Ermənistanın Azərbaycana qarşı təcavüzkarlıq siyasəti beynəlxalq ictimaiyyət tərəfindən qınanılsa da, Ermənistan dövləti beynəlxalq təşkilatların çağırış və qərarlarına laqeyd yanaşır. BMT Təhlükəsizlik Şurasının 822, 853, 874, 884 saylı qətnamələri Azərbaycan ərazilərinin dərhal azad edilməsini və məcburi köçkünlərin öz ölkələrinə qaytarılmasını tələb etsə də bu qətnamələr hələ də yerinə yetirilməmiş qalır.

Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal edilmiş ərazilərində qeyri-qanuni yerləşdirilməsi münaqişə zonasında vəziyyətin pisləşməsinin, baş verən hadisələrin əsas səbəbidir və münaqişənin siyasi həllinə mane olur. Hər bir azərbaycanlı məcburi köçkünün arzusu öz vətəninə qayıtmaqdır, bu işğal davam edə bilməz”, - deyə bəyanatda vurğulanır.

Paris Azərbaycan Evi Fransadakı azərbaycanlılar adından ATƏT-in Minsk qrupunun həmsədri kimi Fransanı və bütün dünya ictimaiyyətini Azərbaycanın ərazi bütövlüyünün bərpası üçün Ermənistana təzyiq göstərməyə çağırıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.