CƏMİYYƏT


Paris İqlim Sazişinin müddəalarının reallaşmasında əsas rolu şəhərlər oynamalıdır

A+ A

Bakı, 11 noyabr, AZƏRTAC

Sürətli urbanizasiya istixana qazlarının emissiyasının artması ilə müşayiət olunur. Energetika ilə bağlı karbon qazı tullantılarının təqribən 70 faizi şəhər və qəsəbələrin payına düşür. Qlobal karbon qazı emissiyalarının 20 faizinə görə şəhər binaları və tikinti sektoru məsuliyyət daşıyır.

AZƏRTAC BMT-nin Xəbərlər Mərkəzinə istinadla xəbər verir ki, BMT-nin “İqlim dəyişmələri haqqında” Çərçivə Konvensiyasının bu günlərdə Mərakeşdə keçirilən 22-ci sessiyasının iştirakçıları bu barədə danışıblar. Nümayəndələr istixana qazları tullantılarının həcminin azaldılmasına, habelə qlobal istiləşmənin nəticələrinə uyğunlaşma işində yoxsul ölkələrə yardım imkanlarının səfərbərliyə alınmasına dair tədbirlərin genişləndirilməsi yollarını müzakirə edirlər.

Ekspertlər hesab edirlər ki, şəhər tikintisi və mənzil təsərrüfatı sektorunda istixana qazları tullantılarını 2050-ci ilə qədər 80 faiz azaltmaq olar. Bu da Paris İqlim Sazişinin məqsəd və vəzifələrinin əldə edilməsinə ən əhəmiyyətli töhfə olar.

Görüş iştirakçıları qeyd ediblər ki, qlobal istiləşmənin nəticələri artıq indinin özündə hiss olunur və uyğunlaşma üçün qətiyyətli cavab tədbirləri tələb edir. Məsələn, Dünya Bankının hesablamalarına görə, istiləşmənin ekstremal nəticələrinə uyğunlaşma ildə 80-100 milyard ABŞ dollarına başa gələcək . Həmin məbləğin 80 faizi şəhər infrastrukturunun inkişafına və şəhər sakinlərinin təbii fəlakətlərdən, o cümlədən daşqınlardan müdafiəsi üzrə layihələrə yatırılmalıdır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.