DÜNYA


Paris köhnə avtomobillərlə vidalaşır

A+ A

Bakı, 1 iyul, AZƏRTAC

İyulun 1-dən Fransada ekologiyanın qorunmasına yönəlmiş yeni qanun qüvvəyə minib. Bu qanuna uyğun olaraq, 1997-ci ildən əvvəl istehsal olunan avtomobillər iş günlərində Paris küçələrində hərəkət edə bilməyəcək.

AZƏRTAC RİA Novosti informasiya agentliyinə istinadla xəbər verir ki, məhdudiyyətlər iş günləri saat 08:00-dan 20:00-dək tətbiq ediləcək.

İlkin mərhələdə - polislər paytaxt küçələrində sürücülərə yeni qanunu izah edənə qədər qaydanı pozanlara cərimə tətbiq olunmayacaq. Lakin oktyabrın 1-dən etibarən tələblərə əməl etməyən sürücülər 35 avro məbləğində cərimələnəcək. Sonradan, 2017-ci ilin yanvar ayından cərimələrin məbləğı minik avtomobilləri üçün 78 avroya, yük maşınları üçün isə 135 avroya qədər artırılacaq.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.