DÜNYA


Paris konfransı: iki dövlətli həll prinsipi 70 ölkə tərəfindən yenidən təsdiq edilib

A+ A

Bakı, 15 yanvar, AZƏRTAC

Bu gün Parisdə keçirilən Yaxın Şərqdə sülh konfransının iştirakçıları İsrail-Fələstin münaqişəsində iki dövlətli həll prinsipinə sadiq olduqlarını bir daha təsdiq ediblər və hər hansı bir tərəfdən görüləcək birtərəfli tədbirləri tanımayacaqlarını bəyan ediblər.

AZƏRTAC “lefigaro.fr” saytına istinadla xəbər verir ki, bu barədə Paris konfransının yekun bəyannaməsində bildirilir.

Yetmiş ölkənin və beynəlxalq təşkilatın nümayəndələrinin iştirakı ilə keçirilən müzakirələrdən sonra verilən bəyanatda yeni ABŞ Administrasiyasının təklifləri, xüsusilə Donald Trampın ABŞ-ın İsraildəki səfirliyini Qüdsə köçürmək barədə təklifi ilə bağlı heç bir aydın qeyd yoxdur.

Bəyanatda, həmçinin bu ilin sonunadək maraqlı ölkələrin iştirakı ilə monitorinq iclasının keçiriləcəyi də vurğulanıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.