DÜNYA


Paris sikkəxanası “Mikki Маus”un şərəfinə sikkələr seriyasını buraxır

A+ A

Bakı, 25 oktyabr, AZƏRTAC

Paris sikkəxanası dünyada ən məşhur cizgi filmi siçanlarının obrazını əbədiləşdirmək üçün sikkələr seriyası buraxır. Beş sikkədən ibarət seriyada 90 il əvvəl ilk dəfə ekranlarda göründüyü andan indiyədək cizgi filmi qəhrəmanının keçdiyi dövr əks olunub.

AZƏRTAC "banks.eu" saytına istinadla xəbər verir ki, kolleksiya iki gümüş və üç qızıl sikkədən ibarətdir. Sikkənin avers hissəsində cizgi filminin bəzi yaddaqalan kadrlarından tanış səhnələr təsvir olunub. Revers hissədə isə Mikkinin silueti, sol qulağında sikkənin buraxılış ili və nominalı göstərilib.

Sikkələr 10, 50, 200 və 500 avro nominallarında təqdim olunub. 50 avro nominalında olan sikkələr gümüş və qızıldan buraxılacaq. 536 avro dəyərində olan 50 və 2130 avroya olan 200 avro nominalında qızıl sikkələr sifarişlər üçün artıq hazırdır. Gümüş sikkələr isə tezliklə satışda olacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.