SİYASƏT


Parisdə AŞPA-nın komitə iclası keçiriləcək

Bakı, 20 may, AZƏRTAC 

Milli Məclisin mədəniyyət komitəsinin sədri Rafael Hüseynov Avropa Şurası Parlament Assambleyasının mədəniyyət, elm, təhsil və media məsələləri komitəsinin iclasında iştirak etmək üçün mayın 21-dən 25-dək Fransanın paytaxtı Parisdə səfərdə olacaq.

Parlamentin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, toplantıda milli adət və ənənələrin qorunması, mədəni irsin məhv edilməsi və qeyri-qanuni dövriyyəsi ilə mübarizə, beynəlxalq idman tədbirlərinin əhəmiyyəti, azsaylı xalqların ana dillərinin qorunması və bir sıra digər aktual məsələlər barədə fikir mübadiləsi aparılacaq.

Deputatımız iclasda müzakirə olunacaq məsələlərə münasibət bildirəcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.