DÜNYA
Parisdə Kim Kardaşyanın azı 10 milyon avroluq zinət əşyası oğurlanıb
Bakı, 3 oktyabr, AZƏRTAC
Amerika realiti-şousunun ulduzu, erməni əsilli Kim Kardaşyanın Parisdə qarətçilər tərəfindən oğurlanmış zinət əşyalarının ümumi dəyəri azı 10 milyon avrodur. Bu barədə məlumat istintaqa yaxın orqanlar tərəfindən açıqlanıb.
AZƏRTAC RİA Novosti informasiya agentliyinə istinadla xəbər verir ki, hadisə bazar ertəsinə keçən gecə Kim Kardaşyanın qaldığı oteldə baş verib. Reuters agentliyinin yaydığı xəbərə görə, qadının 5-6 milyon avro dəyərində zinət əşyalarının qoyulduğu qutu və qiyməti 4 milyon avro olan üzüyü oğurlanıb. Qarətçilər, həmçinin onun iki mobil telefonunu aparıblar.
Basqında polis forması geyinmiş beş maskalı şəxsin iştirak etdiyi bildirilir. Onlar Kardaşyanın əl-qolunu bağlayaraq vanna otağına salıblar.
Kim Kardaşyanın əri reper Kanye Uest ailə vəziyyətini səbəb gətirərək, Nyu-Yorkdakı konsertlərini yarımçıq dayandırıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.03.2024 [18:45]
N.Paşinyan: Ermənistanda yalnız bir hökumət var və ikincisi ola bilməz
- 28.03.2024 [18:31]
Türkiyə Qəzzaya növbəti humanitar yardım gəmisi göndərib
- 28.03.2024 [18:26]
Gürcüstanda doğulan uşaqların sayı 5 faiz azalıb
- 28.03.2024 [17:20]
Türkiyə Silahlı Qüvvələri son bir həftədə 38 terrorçunu zərərsizləşdirib
- 28.03.2024 [16:14]
Latviyanın xarici işlər naziri istefa verib
- 28.03.2024 [15:42]
Gürcüstanda ailə quranların sayı 14,5 faiz azalıb
- 28.03.2024 [14:43]