CƏMİYYƏT


Parisdə XVIII Ümumdünya Rus Mətbuatı Konqresi keçirilir

A+ A

Paris, 20 oktyabr, AZƏRTAC

Oktyabrın 19-da Parisin Rapp prospektində yeni rus din və mədəniyyət mərkəzinin rəsmi açılış mərasimi olub. Sonra mərkəzdə ilk olaraq XVIII Ümumdünya Rus Mətbuatı Konqresi öz işinə başlayıb.

Konqres Ümumdünya Rus Mətbuatı Assosiasiyası (ÜRMA) ilə Xarici rusdilli mətbuatla əməkdaşlıq Fondunun təşkilatçılığı və Rusiyanın TASS Dövlət İnformasiya Agentliyinin dəstəyi ilə keçirilir.

Tədbirdə dünyanın 63 ölkəsindən 500-dən çox xarici rusdilli KİV-lərin rəhbərləri iştirak edirlər. Konqresdə AZƏRTAC-ın, Trend informasiya agentliyinin, eləcə də Kaspi, “Yol+” jurnallarının əməkdaşları da təmsil olunurlar.

Açılış mərasimində Rusiya Prezidenti Vladimir Putinin konqresin iştirakçılarına və qonaqlarına təbrik məktubu və Baş nazir Dmitri Medvedevin müraciəti oxunub.

Sonra konqresin birinci plenar sessiyası öz işinə başlayıb. Bu sessiya “Rusdilli media millətlərarası mədəniyyət sahəsində qarşılıqlı inkişaf və əməkdaşlıq məkanı” mövzusuna həsr edilib.

Sessiyadan sonra iştirakçılar “Rusiya-Fransa: keçmişdən gələcəyə” adlı foto-sərgiyə baxıblar.

Rusiya Federasiyasının Fransadakı səfirliyi konqres iştirakçılarının şərəfinə qəbul təşkil edib.

Qeyd edək ki, üç gün davam edəcək konqresdə vahid rus informasiya məkanının inkişafı, Rusiyada və xaricdə baş verən hadisələrin obyektiv işıqlandırılması ilə bağlı jurnalist cəmiyyətlərinin əməkdaşlığı, rusdilli əhali arasında təhsil, mədəniyyət, informasiya, yaradıcılıq və peşəkar təcrübə mübadiləsinin möhkəmləndirilməsi, Rusiyanın informasiya məkanında informasiya mübadiləsinin hüquqi və etik aspektləri kimi məsələlər müzakirə ediləcək.

ÜRMA-nın məlumatına əsasən dünyanın 80-dən çox ölkəsində rusdilli qəzet, jurnal, nəşriyyat, radio və televiziya mövcuddur. Onların əksəriyyəti ÜRMA-nın üzvüdür və ya onunla əməkdaşlıq edir.

Oktyabrın 21-dək davam edəcək konqresin digər plenar sessiyaları UNESCO-nun baş qərargahında keçiriləcək.

Şəhla Ağalarova

AZƏRTAC-ın xüsusi müxbiri

Paris

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.