DÜNYA


Parisdə avtomobillərin hərəkətinə qoyulan məhdudiyyət uzadılıb

Bakı, 8 dekabr, AZƏRTAC

Havanın hədsiz çirklənməsi səbəbindən Parisdə və qonşu şəhərlərdə avtomobillərin hərəkətinə həftənin əvvəlində qoyulan məhdudiyyət cümə günü də qüvvədə olacaq.

AZƏRTAC xəbər veririk, Europe1 radiostansiyasının məlumatına görə, cümə günü yollarda yalnız nömrə nişanları təkrəqəmli olan nəqliyyat vasitələrinin sahibləri hərəkət edə bilərlər. Şəhər hakimiyyət orqanlarının qoyduğu bu qaydanı pozanları cərimə gözləyir. Məhdudiyyət artıq dördüncü gündür tətbiq olunur və bu müddətdə Fransa paytaxtı regionunun bütün sakinləri və qonaqları üçün şəhərətrafı elektrik qatarları da daxil, ictimai nəqliyyatdan istifadə pulsuzdur.

Fransa üçün çox ciddi problemə çevrilən hava çirkliliyi hər il təxminən 48 min insanın ölümünə səbəb olan xəstəliklər doğurur. Buna görə də hakimiyyət orqanları “təmiz” havada qalmaq müddətini qısaltmağı və küçədə idmanla məşğul olmamağı tövsiyə edirlər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.