DÜNYA


Parisdə hava limanının sərnişinləri terror təhlükəsi səbəbindən təxliyə olunub

Bakı, 2 iyul, AZƏRTAC

Parisdəki Çarlz de Gualle hava limanının F2 terminalındakı sərnişinlər terror təhlükəsi səbəbindən təxliyə olunub.

AZƏRTAC Anadolu agentliyinə istinadla xəbər verir ki, 2 minə yaxın sərnişinin təhlükəsizlik səbəbindən təxliyə edilməsi nəticəsində 20-dək təyyarə reysi gecikmə ilə həyata keçirilib.

Hava limanının rəsmilərinin açıqlamasında bir nəfərin məcburi yoxlamadan keçmədən, limanın əməkdaşlarına aid “xüsusi bölgə”yə girməsi nəticəsində ehtiyat tədbiri olaraq terror təhlükəsi siqnalı verildiyi bildirilir. Həmçinin qeyd olunur ki, “xüsusi bölgə”nin təhlükəsizliyinə cavabdeh şəxsin rəhbərliyə məlumat vermədən iş yerini tərk etməsi və bu bölgəyə daxil olan qadının uzun müddət tapılmaması nəticəsində sərnişinlərin təxliyəsinə qərar verilib.

Qeyd edək ki, 2015-ci il dekabrın 13-də Parisdə 130 insanın ölümünə səbəb olan terror hücumları nəticəsində ölkədə fövqəladə vəziyyət elan olunub. Keçən il iyulun 14-də Nice şəhərində 86 nəfərin ölümü ilə nəticələnən terror hücumlarından sonra fövqəladə vəziyyət uzadılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.