Azərbaycan Dövlət İnformasiya Agentliyi

İQTİSADİYYAT

Parisdə ikinci Fransa-Azərbaycan biznes forumu keçirilib

Paris, 14 may, AZƏRTAC

Mayın 13-də Azərbaycan İqtisadiyyat və Sənaye Nazirliyinin dəstəyi, Avropa-Azərbaycan Cəmiyyətinin və “Business France”nin təşkilatçılığı ilə Parisdə “Şaxələndirilmiş, desentralizasiya olunmuş iqtisadiyyata doğru” mövzusunda ikinci Fransa-Azərbaycan biznes forumu keçirilib.

Forumu açan Avropa-Azərbaycan Cəmiyyətinin Paris bürosunun rəhbəri xanım Mari Laetisiya-Gurdən tədbirin Fransa ilə Azərbaycan arasında əməkdaşlığın inkişafında xüsusi rol oynadığını vurğulayaraq təmsil etdiyi cəmiyyətin əsas məqsədləri barədə məlumat verib. Bildirib ki, Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması, Avropa ölkələri ilə Azərbaycan arasında sıx əlaqələr qurulması cəmiyyətin əsas fəaliyyət istiqamətlərindəndir.

Fransa ilə Azərbaycan arasında əlaqələrin inkişafına toxunan ofis rəhbəri son illərdə bu sahədə nəzərəçarpacaq irəliləyişlərin olduğunu, Fransa Prezidenti Fransua Ollandın iki dəfə ölkəmizə səfər etdiyini xatırladıb.

Avropa-Azərbaycan Cəmiyyətinin ölkəmizin tanıdılması istiqamətindəki fəaliyyətini yüksək qiymətləndirən Azərbaycanın Fransadakı səfiri Elçin Əmirbəyov forumun iki ölkə arasındakı iqtisadi sahədə münasibətlərə yeni töhfələr verəcəyini söyləyib.

Ölkəmizin Fransanın əsas iqtisadi tərəfdaşlarından biri olduğunu bildirən səfir deyib ki, zəngin təbii ehtiyatlara malik Azərbaycanda iqtisadiyyatın şaxələndirilməsi və regionların iqtisadi inkişafı dövlətin əsas prioritetlərindəndir.

Azərbaycanın Fransa ilə iqtisadi, mədəni, idman, turizm və digər sahələrdə əməkdaşlıqda maraqlı olduğunu vurğulayan səfir şəhərlərimiz arasında dostluq xartiyasının imzalandığını, Fransa tərəfinin də buna xüsusi dəstək verdiyini bildirib.

Elçin Əmirbəyov Azərbaycan hökuməti tərəfindən sosial-iqtisadi inkişafla bağlı müxtəlif Dövlət proqramlarının həyata keçirilməsinin regionlarda yeni infrastrukturların yaranmasına xidmət etdiyini, bunun da nəticəsində xarici investorların bölgələrə diqqət yetirməsini və sərmayə yatırmasını, nəticədə bir milyondan artıq yeni iş yerinin açılmasını, kənd təsərrüfatının inkişafı ilə əlaqədar 2015-ci ilin “Kənd təsərrüfatı ili” elan edilməsini xüsusi vurğulayıb.

Səfir sabit və müstəqil ölkə olan Azərbaycanın mühüm enerji layihələrinin təşəbbüskarı və aparıcı qüvvəsi kimi çıxış etdiyini, informasiya və kommunikasiya texnologiyaları ilə bağlı bir sıra layihələri uğurla həyata keçirdiyini, Avropanın enerji təhlükəsizliyi baxımından etibarlı tərəfdaşı olduğunu bildirib.

Son Dünya İqtisadi Forumunda dünya rəqabətlilik reytinqdə Azərbaycanın region ölkələr arasında birinci yerdə olduğunu xatırladan diplomat Cənubi Qafqaz bölgəsində ümumdaxili məhsulun 75 faizinin ölkəmizin payına düşdüyünü qeyd edib və hər il Gəncədə təşkil edilən beynəlxalq şərabçılıq festivalında Fransanın qonaq qismində iştirakını yüksək dəyərləndirib.

Avropa qitəsində ən böyük idman tədbiri olacaq “Bakı-2015” ilk Avropa Oyunlarına sayılı günlər qaldığını xatırladan Elçin Əmirbəyov forum iştirakçılarını bu Oyunlarda iştirak etmək üçün Azərbaycana, xalqımızın zəngin mədəni dəyərləri ilə yaxından tanış olmağa dəvət edib.

Fransanın Azərbaycandakı səfiri Paskal Mönye çıxışında ötən forumla müqayisədə bu il təşkil olunan tədbirdə iştirakçıların sayının çoxluğunu ölkələrimiz arasında əməkdaşlığın yüksək göstəricisi kimi qiymətləndirib.

Azərbaycanın iqtisadi cəhətdən Cənubi Qafqaz və Xəzər dənizi bölgəsində ən inkişaf edən, qabaqcıl Avropa ölkələri arasında layiqli yeri tutan ölkə olduğunu diqqətə çatdıran fransız diplomatı hazırda hökumətin qeyri-neft sektorunun inkişafına xüsusi diqqət yetirdiyini, bununla əlaqədar müxtəlif layihələrin həyata keçirildiyini bildirib.

Ölkələrimiz arasındakı mövcud əlaqələrə toxunan səfir Bakıda Fransız-Azərbaycan Universitetinin yaranmasına dair niyyət məktubunun imzalandığını, hava məkanı üçün yeni Airbüs təyyarələrinin alındığını, şəhər infrastrukturlarının inkişafında Fransanın yaxından iştirak etdiyini diqqətə çatdırıb.

Fransanın və Azərbaycanın müxtəlif şirkətlərinin nümayəndələrinin forumdakı “Azərbaycan Fransa və Avropa İttifaqının strateji iqtisadi tərəfdaşıdır”, “Xarici investorlar üçün Azərbaycanın cəlbediciliyi, bazarın vəziyyəti islahatlar və perspektivlər”, “Prioritet qismində iqtisadiyyatın şaxələnməsi - Azərbaycan Cənubi Qafqazın qabaqcıl bazarı rolunda” və digər mövzularda çıxışlarında Azərbaycanla Avropa İttifaqı arasında əməkdaşlıqdan bəhs olunub, Avropa İttifaqının qonşuluq siyasəti və Şərq tərəfdaşlığı çərçivəsində Azərbaycanla iqtisadi, elm, təhsil və digər sahələrdə layihələrin uğurla həyata keçirildiyi vurğulanıb, ölkəmizin Dünya Ticarət Təşkilatına üzv olması istiqamətində danışıqlar aparıldığı qeyd edilib.

Forum çərçivəsində “Bakı-2015” ilk Avropa Oyunlarının təqdimatı keçirilib. Qeyd olunub ki, Avropa Oyunları ilə bağlı hazırlıq işləri başa çatıb. Müasir üslubda inşa olunan yeni stadion artıq hazırdır. Sağlam rəqabət şəraitində keçiriləcək yarışlarda 16 olimpiyada və 4 qeyri olimpiada idman növündə 6 min idmançı öz qüvvəsini sınayacaq. Oyunlar, həmçinin Fransanın “L’Equipe” televiziya kanalı vasitəsilə də yayımlanacaq. Oyunların gedişatını minə yaxın jurnalist işıqlandıracaq.

Sonda Avropa Oyunları ilə bağlı videoçarx göstərilib. Forum iştirakçıları bu mühüm idman tədbirinə həsr olunan fotosərgi ilə tanış olublar.

Əsgər Əliyev

AZƏRTAC-ın xüsusi müxbiri

Paris

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

İİTKM informasiya sistemlərini tam şəkildə “Hökumət buludu”na köçürüb

Baş prokuror paytaxtın Sabunçu rayonunda vətəndaşları qəbul edəcək

Tahir Mirkişili: Azərbaycan son dövrlərdə kiberhücumlara ən çox məruz qalan ölkələr sırasındadır

Taleh Kazımov: Azərbaycanda sığorta sisteminin İT sahəsində kadr potensialının artırılması prioritet məsələlərdəndir

Katarakta əməliyyatı zamanı ABŞ istehsalı olan linzaların xərcləri icbari tibbi sığorta ilə qarşılanır

Bakıda ilk dəfə Azərbaycan İnsurtech Zirvəsi keçirilir

Rusiyalı qonaq Ədəbiyyat Muzeyində olub

BMT-nin Yerli Əhalinin Problemləri üzrə Daimi Forumu keçirilir

Naxçıvanda bu ilin yanvar-mart ayları ərzində 2052 çıxarış verilib

Çempionlar Liqası: “Barselona” PSJ-ni, “Borussiya” “Atletiko Madrid”i qəbul edəcək

Hərbi təhsil müəssisələrinə qəbulla bağlı maarifləndirici görüşlər keçirilib

Avtoyuma məntəqəsindən avtomobil qaçırmaqda şübhəli bilinən şəxs saxlanılıb

Ötən illərlə müqayisədə yollarda ölüm və xəsarətlə nəticələnən qəzaların sayında kəskin azalma müşahidə edilib

İnterpol tərəfindən axtarışda olan şəxs İstanbulda saxlanılıb

Gənclər Kitabxanasında Ramiz Mirişliyə həsr olunan sərgi hazırlanıb

Qarğıdalı sahəsini dolu vurdu, 90 min manata yaxın aqrar sığorta ödənildi

Prezident İlham Əliyev Hacıqabul rayonunda Şirvan suvarma kanalının təməlini qoyub YENİLƏNƏCƏK

Fövqəladə Hallar Nazirliyi təkər satışı və təmiri mərkəzində yanğın təhlükəsini aradan qaldırıb

Çexiyada bir həftədə 1500-ə yaxın insan göy öskürəyə yoluxub

Dövlət qulluğu vəzifələri üzrə sertifikat əldə edilməsi üçün qeydiyyat başlanıb

Əmək və əhalinin sosial müdafiəsi naziri Naxçıvan şəhərində vətəndaşları qəbul edəcək

ƏÜO istismarda olan avtomobil texnikalarına texniki baxış keçirilib

Dünya birjalarında neft bahalaşıb

DİN: Xankəndidə 27 avtomat və digər silah-sursat aşkarlanıb

DİN: Qanunsuz odlu silahlar təhvil götürülüb

DİN: Cinayət törətməkdə şübhəli bilinən 30 nəfər saxlanılıb

Cəbrayılda minalar aşkar edilib VİDEO

Azərbaycan neftinin qiyməti ucuzlaşıb

Çinin ümumi daxili məhsulu 5,3 faiz artıb

Cari ilin üç ayında yol-nəqliyyat hadisələrində 33 nəfər ölüb, 72 nəfər xəsarət alıb

ADY: Dəmiryol keçidlərində sürücü diqqətsizliyi iki qəzaya səbəb olub

Bakının bir sıra yollarında sıxlıq müşahidə olunur - SİYAHI

Qriplə allergiyanın fərqi

Naftalanda narkotik satan və alan şəxslər saxlanılıblar

Zevsin mağarası və Artemida məbədinin məkanı - Quşadası

Rusiyanın neft emalı zavodlarının PUA zərbələrinə məruz qalması neftin qiymətinə təsir edəcək

Üç ayda Qəbələdə 6,2 milyon manatlıq sənaye məhsulu ixrac olunub

“Coral Reef Watch”: Mərcan rifləri dördüncü qlobal rəngsizləşmədən əziyyət çəkirlər

İtaliyadakı G7-lərin iclasında müharibələrə son qoyulması üzrə səylər müzakirə olunacaq

Yaponiya sahillərində zəlzələ baş verib

Baş məşqçi: Gənc boksçularımızı təkmilləşdirmək niyyətindəyik

Qızıl medal qazanan boksçu: Heç bir döyüşdə çətinlik çəkmədim

Azərbaycanla Serbiya arasında strateji tərəfdaşlığın cari vəziyyəti və perspektivləri müzakirə olunub

Avropa çempionatında qızıl medal qazanan Azərbaycan boksçuları Vətənə qayıdıblar

BMT-nin Vyana bölməsində beyin inkişafının əhəmiyyətinə həsr olunmuş tədbir keçirilib

Kanadada “Türk irsi ayı” münasibətilə tədbir təşkil olunub

Miqren üçün yeni müalicə ümidi: Həb olaraq alınacaq dərman İngiltərədə istifadə olunmağa başlayır

Beynəlxalq Muğam Mərkəzində “Humayla” adlı ilk solo konsert təqdim olunacaq

Meksika mətbuatı: Qərb Ermənistan vasitəsilə Cənubi Qafqazı parçalayır

Rafael Nadal uzun fasilədən sonra tennis kortuna qayıdacaq

"Azərbaycan dili bacarıqları üzrə səviyyələrə dair tələblər” adlı metodik vəsaitin təqdimatı keçirilib

Amerika Yazıçılar Gildiyasının mükafatı təqdim edilib

Tbilisidə etirazçılarla polis arasında qarşıdurma yaşanıb

Şirvanda Zərifə xanım Əliyevanın mənalı ömür yoluna həsr olunan sərgi açılıb

Britaniyanın Baş naziri İran və İsraili təmkinli olmağa çağırıb

Antoni Blinken: İsrailin müdafiəsini dəstəkləməyə və regiondakı şəxsi heyətimizi müdafiə etməyə davam edəcəyik

Hakan Fidan Türkiyədə səfərdə olan Con Bass ilə bölgədəki son hadisələri müzakirə edib

Azərbaycanın xarici işlər naziri Özbəkistan Prezidenti ilə görüşüb

Praqada azərbaycanlı müəllifin əsərinin premyerası keçirilib

Bəhruz Məhərrəmov: Sabitlik adası olmaq, təbii ki, Azərbaycanın qalibiyyətinin nəticəsidir

Sudana humanitar yardım konfransı

Çində ən böyük ticarət sərgisi olan “Kanton” işə başlayıb

Xəzər və Binəqədi rayonlarının qaz təchizatında müvəqqəti fasilə yaranacaq

Tbilisidə parlamentin binası önündə aksiya keçirilib

Yaylaqlara köç edəcək təsərrüfat rəhbərləri üçün mina təhlükəsizliyinə dair təlimlər keçiriləcək

Moldova Texniki Universitetinin rektoru AzTU-nun nümayəndə heyəti ilə görüşüb

Hakan Fidan və Antonio Quterreş arasında telefon danışığı olub

“COP tələbləri: İqlim dəyişikliyi və təbii fəlakətlərə qarşı müqavimət” adlı tədbir keçirilib

Azərbaycan həndbol çempionatı: “Kür” liderliyini möhkəmləndirib

AzTU nümayəndə heyəti Moldovada beynəlxalq konfransda iştirak edib

AMEA rəhbərliyi akademik Zərifə Əliyevanın xatirəsini yad edib

Bayram günlərində Türkiyənin tarixi məkanlarını 1,7 milyon insan ziyarət edib

Elektron Təhlükəsizlik Xidməti məktəblilər üçün maarifləndirmə tədbirləri keçirib

® “Baku Steel Company” QSC Düsseldorfda Azərbaycanı təmsil edir

Arif Əsədov: Reysi səhv saldığımız üçün Bakıya qatarın yük yerində gəlmişdik

Fransa İsrail ordusunun səsləndirdiyi məlumata düzəliş edib

QS-nin regional direktoru: UNEC öz mövqeyini əhəmiyyətli dərəcədə yaxşılaşdırır

“Özbək və Azərbaycan filologiyasının aktual məsələləri” - beynəlxalq konfrans

“Kapital Bank”dan mükafatlarla dolu “50 gün, 50 hədiyyə” lotereyası

“Beynəlxalq humanitar əməliyyatlarda iştirakın hüquqi əsasları və etik normalar” mövzusunda kurs keçirilib

“Barselona”nın futbolçusu: Xəyallarımın komandasında olduğuma görə xoşbəxtəm

Yaponiyalı alimlər ağız gigiyenası ilə ürək arasında əlaqə aşkarlayıb

Cenevrədə Beynəlxalq Novruz Gününə həsr edilmiş tədbir keçirilib

Rafael Nadal Barselonada keçiriləcək turnirdə iştirakını təsdiqləyib

Müəllimlərin iş yerinin dəyişdirilməsi müsabiqəsinin vakansiya seçimi mərhələsi başlanır

Xorvatiyada keçirilən simpoziumda Azərbaycanın azad edilmiş ərazilərində mövcud mina problemindən danışılıb

İmişlidə iki nəfərin elektrik cərəyanı vurması nəticəsində ölməsi ilə bağlı cinayət işi başlanılıb

Qırğız parlamentinin sədri uşaqlara ərəb adları qoymaqdan imtina etməyə çağırıb

Azərbaycanın sosial sahədə e-xidmətləri qabaqcıl rəqəmsal təcrübə kimi təqdim edilib

Gürcü ekspert: “Xarici təsirin şəffaflığı haqqında” qanun layihəsi maliyyə şəffaflığını nəzərdə tutur

“Azərbaycanın ərazi bütövlüyü və suverenliyinin bərpası; hüquqi aspektlər” kitabının qırğız dilində təqdimatı keçirilib

Maştağa, Nardaran və Bilgəh qəsəbələrində yeni içməli su təchizatı infrastrukturları yaradılır

Yüksək Liqa: “Azərreyl” yarımfinalın ilk görüşündə MOİK-i məğlub edib

Bu ilin ilk rübündə informasiya və rabitə xidmətlərinin həcmi 10 faizdən çox artıb

“Paris-2024”: Oyunların açılış mərasiminin əlavə variantları açıqlanıb

Ramazan bayramında avtovağzallardan 43 mindən çox sərnişin daşınıb

MEK-də Dünya İncəsənət Gününə həsr olunmuş kitab sərgisi açılıb

Dövlət Sərhəd Xidməti Xüsusi Məktəbinin V sinfinə qəbul olmaq üçün keçirilən imtahanın nəticələri açıqlanıb

AMEA-da dahi şair Məhəmməd Füzulinin 530 illik yubileyi qeyd olunub

Olaf Şolts: Avropa bazarı Çin avtomobilləri ilə rəqabətə açıq olmalıdır