DÜNYA


Parisdə terror aktı qurbanlarının xatirəsi yad edilib VİDEO

A+ A

Paris, 13 noyabr, AZƏRTAC

Parisdə ötən il noyabrın 13-də baş vermiş terror aktı qurbanlarının xatirəsinə həsr edilmiş anım mərasimləri keçirilib.

Fransa Prezidenti Fransua Olland dövlət və hökumət nümayəndələri, eləcə də terror aktı qurbanlarının ailə üzvləri və yaxınları ilə birlikdə “Stade de France” stadionuna gəlib.

Burada terror aktı qurbanlarının xatirəsinə ilk xatirə lövhəsi açılıb. Beş digər xatirə lövhəsi Parisin 10-cu və 11-ci rayonlarında terror aktı baş vermiş məkanlarda açılıb.

Açılış mərasimlərində terror aktları qurbanlarının xatirəsi birdəqiqəlik sükutla yad edilib və onların adları səsləndirilib. Xatirə lövhələrinin qarşısına gül dəstələri qoyulub.

Parislilər səhər saatlarından terror aktları baş vermiş məkanlara gələrək qurbanların xatirəsini yad edir və şamlar yandırır.

Ən qanlı terror aktı baş vermiş “Bataclan” konsert zalı noyabrın 12-də məşhur müğənni Stinqin konserti ilə yenidən fəaliyyətə başlayıb.

Şəhla Ağalarova

AZƏRTAC-ın xüsusi müxbiri

Paris

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.