DÜNYA


Parisin mərkəzində polisə hücumun bəzi təfərrüatları məlum olub

Bakı, 6 iyun, AZƏRTAC

Parisin mərkəzində - Notr-Dam kilsəsi önündə polisə hücum edilib.

AZƏRTAC Anadolu agentliyinə istinadla xəbər verir ki, çəkiclə silahlanmış şəxs kilsənin yaxınlığında polis patruluna hücum çəkib. Polislərdən biri başından zədə alıb, digəri isə atəş açaraq hücum edən şəxsi yaralayıb. Şahidlərin sözlərinə görə, iki atəş səsi eşidilib. İnsanlar vahimə içərisində hadisə yerindən uzaqlaşmağa başlayıblar.

İnsident zamanı kilsənin içərisində 900 nəfərədək insan olub. Polis onlardan binanı tərk eməməyi xahiş edib və hücumla əlaqəsi ola biləcək şəxsləri axtarır.

BFM telekanalı hücum edənin 40 yaşlarında Əlcəzair əsilli tələbə olduğu barədə məlumat yayıb.

Fransanın daxili işlər naziri Gerard Collomb hadisə yerinə gəlib. Burada mətbuata qısa açıqlama verən nazir hücum edən şəxsin əlində bir çəkic və bıçaq olduğunu və hücumu təkbaşına həyata keçirdiyini bildirib. Nazirin sözlərinə görə, həmin şəxs polisə zərbə endirərkən “bu, Suriya üçündür”, - deyə qışqırıb.

Paris Notr-Dam kilsəsini hər gün təxminən 30 min nəfər ziyarət edir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.