SİYASƏT


Parlamentarilərin Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Emmanuel Makrona çağırışı Fransa portalında yer alıb

Paris, 8 iyul, AZƏRTAC

Fransa mətbuatı Azərbaycanın Füzuli rayonunun Alxanlı kəndinin erməni hərbiçiləri tərəfindən atəşə tutulması barədə materiallara geniş yer ayırır.

İyulun 8-də Fransanın “Opinion İnternational” portalında “Fransalı parlamentarilər Emmanuel Makronu Dağlıq Qarabağ münaqişəsi ilə bağlı qəti təşəbbüs göstərməyə çağırırlar” adlı məqalə dərc olunub.

Məqalədə “Hamburqda keçirilən G20 sammitində bu münaqişədən danışılacaqmı?”,- deyə sual edən müəllif münaqişə bölgəsində atəşkəsin ermənilər tərəfindən növbəti dəfə kobud şəkildə pozulduğunu bildirir. Füzuli rayonunun Alxanlı kəndinin atəşə tutulması nəticəsində biri 2 yaşlı uşaq olmaqla, iki mülki şəxsin qətlə yetirildiyi diqqətə çatdırılır.

Fransanın Rusiya və ABŞ ilə birlikdə münaqişənin həllində vasitəçilik edən ATƏT-in Minsk qrupunun həmsədri olduğuna toxunan müəllif bir qrup fransız parlamentariləri və ictimai xadimlərinin Prezident Emmanuel Makrona Qafqazda sülhün bərpası ilə bağlı qəti təşəbbüs göstərməyə çağırış etdiklərini vurğulayıb.

Yazıda Dağlıq Qarabağın Azərbaycanın ərazisi olduğu bildirilir, 2016-cı ilin aprel ayında cəbhə xəttində baş vermiş erməni təxribatı zamanı hər iki tərəfin çoxlu sayda itkilər verdiyi qeyd olunur.

Məqalənin sonunda fransız parlamentarilərin Prezident Emmanuel Makrona ünvanlanan çağırışı dərc edilib.

Şəhla Ağalarova

AZƏRTAC-ın xüsusi müxbiri

Paris

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.